Doç. Dr. İlhamə GESEBOVA


44 günlük Qarabağ Savaşının Başlanğıcı 12 İyul Tovuz Hadisələri Oldu


 44 günlük Qarabağ savaşının başlanğıcı 12 iyul Tovuz hadisələri oldu

 

    Qarabağ savaşı Türkün ən böyük qərhəmanlıq kitablarından biridir. Bu qəhrəmanlıq kitabının hər sətiri, hər səhifəsi  şəhidlərimizin qanı ilə yazılıb. Mübariz, mətin xalqımız mənfur qonuşuya görə hər zaman döyüşkən ruhunun əzmini qoruyub saxlayıb. 1988-1993-cü illərdən başlayan Qarabağ savaşı ağır döyüşlərlə tarixdə və xalqın yaddaşında həkk olub qaldı. Əslində 1905-dən (ondan öncəki tarixlərdə təbii ki, var) başlayaraq bu xalq gözü ilə nə işgəncələr, nə faciələr, müsibətlər gördü.  Amma yenə də uşaqlarını qonşuya nifrətlə, kinlə böyütmədi.   

   1988-1993-cü illərdən 20 faiz torpaqlarımız işğal altında qaldı. Qız-gəlinimiz əsir götürüldü, başlarına min bir oyun açıldı, işgəncələr verildi. Yaşlı-ahıl insanlarımız işgəncələrə məruz qaldı. Dədə-baba yurdlarından didərgin düşən xalq gələcək gənclərə, Dövlətinə, Ordusuna inamını itirmədi. Zaman gələcək qisas qiyamətə qalmayacaq deyə düşündülər. Ağılar, laylalar, bayatılaq qoşdular. Tarix də, ədəbiyyat da, musiqi də mövzusunu dəyişdi.

    Şəhid verərək müstəqilik qazanan  Azərbaycan dövləti ilk olaraq Ordusunu gücləndirdi. Güclü ordu, güclü xalq iradəsi əzmlə qəhrəmanlq salnaməsinin yazılacağı tarixi gözləyirdi. Hər zaman sərhəd boyu ermənilər sülh müqaviləsini pozaraq atəş açırdılar, lakin bu atəş ordumuzun cavabı ilə susdurulurdu.  Ordumuz zaman-zaman Böyük Qələbəyə doğru irəliləyirdi. Bu Ordumuzun qarşısına qoyduğu ən müqəddəs borc idi. 

        2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başladılar.  Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törətdilər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar oldu. Aprel döyüşlərində Ordumuz  şəhid verdi, həmçinin mülki əhali arasında da ölən və yaralananlar oldu. Polkovnik Vüqar Yusifov, Polkovnik-leytenant Raquf Orucov, Murad Mirzəyev, mayor Təbriz Musazadə, Urfan Vəlizadə, Rasim Məmmədov, baş leytenant Əbu Bəkir İsmaylov və çox oğullarımız şəhidlik zirvəsinə ucaldılar. 2016-cı il şanlı aprel döyüşləri artıq qələbə qoxusu yaymağa başladı. Qəhrəman oğullarımız ermənilərin gözünü qorxutmuşdu. 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatı bu şücayətin davamı idi.

 

        2020-ci il Tovuz döyüşləri bu şücayətin tam da davamına çevrildi.  Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq erməni ordusunu məğlubiyyətə uğratdı. Ordumuz ermənilərə artıq səbr kasalarının dolduğunu, qisası qiyamətə qoymayacaqlarını göstərdilər. Bununla da ermənilərin "qüdrətli", "yenilməz" hesab etdikləri orduları darmadağın oldu.  

 

      Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə gedən yolda  bir döyüş oldu Tovuz döyüşləri. Əslində Tovuz döyüşləri tam olaraq Qələbəyə gedən yol oldu.  Azərbaycanın hərb tarixinə Tovuz döyüşləri və şəhidləri qızıl hərflərlə yazıldı.  Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq üç il ötür. 2020-ci ilin  iyulun 12-də Ermənistan silahlı birləşmələri tam mənada anladılar ki, Azərbaycanın dövlət sərhədinin bütün istiqamətində törətdikləri təxribatların qarşısı hər zaman Ordumuz tərəfindən qətiyyətlə alınacaq.  Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi qızıl hərflərlə yazıldı.  Döyüşlərdə Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadir olduğunu dünyaya bəyan etdi. Tovuz döyüşlərində ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdığı halda Azərbaycan xalqının böyükdən kiçiyə bütün vətandaşları küçələrə axınıb döyüş bölgəsinə getmək istədilər.    Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Azərbaycan xalqı Şəhidlərinə göz yaşı töksə də əzmini itirmirdi. 

    Şəhidlərimiz bu şanlı tarixin yolçusu oldular. Onların qanları yerdə qalmadı, qisasları alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha bildirdi ki: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi.

      Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşdüyünün bariz nümunəsi olan Tovuz döyüşləri  həm də  Azərbaycanın hərbi qələbəsi idi. Bu döyüşlər bizə biz olduğumuzu, Türkün kimliyini, mübarizliyini birliyini dünyaya nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad edilməsi, Şəhidlərimizin qisasının alınması, əsirlikdə hələ də işğəncə altında olan oğul və qızlarımızın qisasını birlikdə alacağımıza bir işarədir. Bu yolda,  ölkəmizin haqlı mövqeyini dəstəkləməsində Türkiyə Azərbaycan qardaşlığı, dostluğu erməniləri qorxuya saldı. Onlar  bu qardaşlığın nəyə qadir olduğunu, iki dövlət, bir millət olduğumuz gördükdə artıq məğlub olduqlarını anladılar.  Hətta  Pakistan, Ukrayna və İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos başladı.

     Tovuz döyüşlərində Azərbaycan Ordusunun qələbəsi ilə başa çatması   Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu.  Bununla da  xalqımız döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi.  Azərbaycan- Türkiyə dövləti, xalq-dövlət birləşməsi, dəmir yumruq, Ordumuzun qüdrəti şanlı aprel döyüşləri, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərə gedən şanlı yol idi. Düşünürəm ki, bu birlik-bərabərliklə heç bir Şəhidimizin qanı yerdə qalmayacaq! Türkün birik-bərabərliyi, güclü dövlətçiliyi, Türkiyə-Azərbaycan qardaşlığı bütün savaşlarsa qələbə müjdəsi ilə sonlanacaq.

  Torpaqlarımız uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirəm!.

 

Doç. Dr. İlhamə Qəsəbova

TOYŞAD Azerbaycan Sorumlusu

Donald Trump, Kasım Seçimlerinde Aday

Trump'a suikast girişimi

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ YAZDI: "5 TEMMUZ 2009 URUMÇİ KATLİAMI"

Gazetecilerin Diaspora Faaliyetlerine Destek Kamu Birliği Başkanı Fuad HÜSEYİNZADE Yazdı: "Azerbaycan Gerçekleri"

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ, "ŞUŞA BEYANNAMESİ TÜRKİYE-AZERBAYCAN İLİŞKİLERİNİ ÜST SEVİYEYE ÇIKARTMIŞTIR"

Resul DAĞSARAY SDE İçin Yazdı: "İran'da Cumhurbaşkanlığı Seçimi; Güç Oyunlarında Yeni Bir Cephenin Defakto Olarak Tanımlanma Sahnesi"

Gazeteci Yazar Mesut Haray Yazdı: "Güney Azerbaycan Milli Hareketi: Özgürlük, Adalet ve Ulusal Devlet Hedefiyle Mücadeleye Devam"

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ İSRAİL'İN OLASI LÜBNAN SALDIRISI HAKKINDA ÖNEMLİ DEĞERLENDİRMELERDE BULUNDU

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ "ŞUŞA BEYANNAMESİ KÜRESEL ÖLÇEKLİ BİR ANLAŞMADIR"

Danimarka Başbakanı Mette Frederiksen, Kopenhag'da Saldırıya Uğradı

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 38 33 2 3 66 102
2.Fenerbahçe 38 31 1 6 68 99
3.Trabzonspor 38 21 13 4 19 67
4.İstanbul Başakşehir 38 18 13 7 14 61
5.Kasımpaşa 38 16 14 8 -3 56
6.Beşiktaş 38 16 14 8 5 56
7.Sivasspor 38 14 12 12 -7 54
8.Alanyaspor 38 12 10 16 3 52
9.Rizespor 38 14 16 8 -10 50
10.Antalyaspor 38 12 13 13 -5 49
11.Gazişehir Gaziantep 38 12 18 8 -7 44
12.Adana Demirspor 38 10 14 14 -7 44
13.Samsunspor 38 11 17 10 -10 43
14.Kayserispor 38 11 15 12 -13 42
15.Hatayspor 38 9 15 14 -7 41
16.Konyaspor 38 9 15 14 -13 41
17.Ankaragücü 38 8 14 16 -6 40
18.Fatih Karagümrük 38 10 18 10 -3 40
19.Pendikspor 38 9 19 10 -31 37
20.İstanbulspor 38 4 27 7 -53 16

YAZARLAR