Yasemen QARAQOYUNLU


AVROPALAŞMADAN DA (Vesternləşmə) İNKİŞAF ETMƏK MÜMKÜNDÜR

XIX-XX əsri sorğulamaq, XXI əsrin yeni çağırışlarına cavab vermək zərurəti var qarşımda.


 

AVROPALAŞMADAN DA (Vesternləşmə) İNKİŞAF ETMƏK MÜMKÜNDÜR.

(Düşünmək və düşündürmək üçün yazdım)

Artıq düşüncələrim, oxuduğum çox saylı əsərlər  XX əsri ideallaştırmaq yox, sorğulamaq zərurətini içimdə, daxili səsin tələbatına çevirib.

XIX-XX əsri sorğulamaq, XXI əsrin yeni  çağırışlarına cavab vermək zərurəti var qarşımda.

Son illərdə sivilizasiyalar və sosio-kültürəl super sistemlər haqqında, tarix fəlsəfələri haqqında oxuduğum əsərlər sonucu gəldiyim qənaət budur.
Türk Milləti XX əsrdə yenilmişdir.

Diqqət edin,  Türk Milləti dedim, Türkiyə demədim. Türkiyədə Türk Millətinin yalnız bir hissəsi yaşayır.

A. Toynbi tamamlanmış mədəniyyət və tamamlanmamış mədəniyyət qavramlarını irəli sürür, Avropa mədəniyyətinin tamamlanması üçün gərəkən vəzifələri Avropa dövlətlərinin qarşısında qoyur, Avropa mədəniyyətinin tamamlanması üçün İngilis düşünürü kimi iztirab yaşayır.

Bəs biz? Heç özümüzə sual verdikmi ki, Türk mədəniyyəti tamamlanmış mədəniyyətdir, yoxsa tamamlanmamış?

Milli Düşüncəmizin, inkişafımızın hansı mərhələsindəyik?

Mən Türkiyə və Azərbaycan aydınlarında doqma görürəm. Şah İsmayıl doqması, Sünni doqması, Şiə doqması,  Atatürk doqması, H.Əliyev doqması, Rəsulzadə doqması, Elçibəy doqması. Cümhuriyyət doqması. İdeallaştırma. Tapınma.
Lakin heç sormadıq. Türk millətinin Oğuz-Qıpçaq boyları X-XX əsrin əvvəllərinə qədər,  min il kürəsəl güc, sosio-kültürəl super sistem oldu. Bu super sistem öz ömrünü tamamlamışdı, yoxsa tamamlamamış çöktürüldü? Niyə çöktürüldü?

Diqqət edin, həm İslam öncəsi çağlarda, həm İslamın və Xristianlığın egemen olduğu çağlarda, Min illər boyu Türk Milləti sosio-kültürəl super sistem kimi  tarixini sürdürmüşdür.
Nə oldu ki, super sistem-mədəniyyət olma özəlliyini itirdi? Türk Milləti Çin mədəniyyəti, Fars mədəniyyəti, Ərəb mədəniyyəti, Rus-Slavyan mədəniyyəti, Roma mədəniyyəti, Hind mədəniyyəti ilə qarşılaşmışlar, savaşmışlar, yenmişlər. Hindistan, İran, Ərəbistan, Bizans, Rus-Slavyan ölkələrində min -2 min il egemen olub imperatorluqlar quran Türk Milləti nə oldu da Avropa mədəniyyətinə yenildi?

1. Türk tarixindəki Avropalaşma-modernləşmə hərəkatlarını Türkün yenilgisi kimi qəbul etmək mümkündürmü? 
2. Ümmət -din anlayışı ərəbistanı, Afrikanı, Baıkanları, Bosniyanı, İranı əldə tutmaq üçün güclü bir silah idisə, bu silahdan imtina edib, bu torpaqlardan imtina edib oraların  Batı sömürgəsinə çevrilməsini həzm etmək doğru idimi? 
3. Türk Cümhuriyyət tarixi və idealları ilə, Türk imperatorluq tarix və sistemlərinin sosialogiyasını qarşılaştırdıqda, Türk Millətini sosio-kültürəl super sistem edən model hansı idi-cümhuriyyətmi, imperatorluqmu?

Türklər qədim çağ və orta çağlarda super sistem olmuşlar, lakin XX əsrdə artıq sosio-kültürəl super sistem deyildir.

Türk Milləti Super Sistem olma özəlliyini-mədəniyyət olma özəlliyini itirmişdir. 
O halda Atatürk və Rəsulzadə modelləri Türk Millətini XXI əsrə apara bilərmi?

Atatürk və Rəsulzadə modellərindən fərqli, Türkü kürəsəl güc edə biləcək model və fəlsəfələr yaraqmaq mümkündürmü? Atatürk və Rəsulzadə doqmaları XX əsrin doqmalarıdır. Bəs XXI əsrin doqmaları nələrdir?

Türk dövlətləri var əlbəttə, lakin bu dövlətlər birliyini super sistemə çevirəcək mədəniyyət və din inşası prosesi, cəhdi yoxdur. Türkü türk yapacaq fəlsəfə, din, strateji və tarix bilincini dirildən,  sistemləşdirən, özə dönüş prosesini başladan, uyğylayan  kadrolar və liderlər yoxdur. Türkiyənin tək başına bunu yapmaq, liderlik etmək  gücü yoxdur. Türkiyə öz içində Atatürk-Ərdoğan, cümhuriyyət-imperatorluq, sekulyarizm-İslam düşüncə savaşları verməklə XXI əsrin çağırışlarına cavab ürətməyə çalışır. Türkiyə öz içində çırpınır və  çevrəsində ölüm-qalım savaşları verir.  (Eynən Osmanlı dövründə olduğu kimi, bütün Batı cəbhəsi Türkiyə ilə, Türkiyəni doğuran mədəniyyət və tarix birikimi ilə savaşır. Bu savaş Səlçuklulardan, Xaçlı savaşlarından,  Malazgirtdən, 1453-dən bəri davam etməkdədir. Türkiyə Türk Millətinin Doğu Romanı-Avropanı yenən qoludur).
Türkiyə ilə Azərbaycan birləşməlidir ki, həm Türkiyəmizi qoruyaq, Türkiyənin gücünə güc qataq (bu Azərbaycanın da varlıq məsələsidir. Türkiyə olmazsa, Azərbaycan da olmaz), həm Türk Millətini dirildək, Türk mədəniyyətini dirildək, Türk millətini yeni super sistemə çevirək. (Mən səni Allaha tapşırmışam Türkiyəm. Allah səni qoruyacaqdır. Ayağına dəyən daş ürəyimə saplanır Türkiyəm).

Keçək əsas mətləbə. Türk milləti XX əsrdə  mədəniyyətdə Avropaya yenilmişdir. (Türk milləti geniş coğrafiyalara yayıldıqca tarixi boyu Çinliləşmə, Farslaşma, Hindliləşmə, Ərəbləşmə, Ruslaşma, Yəhudiləşmə, Kürdləşmə, Avropalaşma,  prosesi keçirərək tarix içində kayb oldu. Türkü türk yapan fəlsəfəmizi itirdik.

Türk millətinin çox dinli, çox əlifbalı olması Türk Millətinin belini qırmışdır. Uzaq-uzaq coğrafiyalarda fərqli mədəniyyətlərin qucağında -Çinliləşmə, Ruslaşma, Farslaşma, Ərəbləşmə prosesini yaşayan 150 milyon əsir Türk var).

Çinliləşmə, Farslaşma, Ərəbləşmə Türk Millətinə hansı zərbələri vurdusa, Avropalaşma da Türk Tarixini və mədəniyyətini öz ənənəvi yolundan sapdırdı.
Türklərin yaşadığı coğrafiyada egemen olan Babur və Qacarlar Avropa müstəmləkəsinə çevrildilər, Osmanlı türkləri Avropa imperializmini yendilər, fəqət mədəniyyətdə Avropaya yenildilər. Bütün Türk-İslam dünyası, Türklər, Ərəblər, Farslar, Afrika və Okeaniya müsəlmanları Mədəniyyətdə Avropaya yenildilər.

Avropalaşmaq-Türk mədəniyyətinin yenilgisi idi.
Avropalaşmaq, Ərəbləşmək, Farslaşmaq yox, türkləşmək gərəkirdi.
XX əsr Türk modernləşmə prosesini, Türk tarixini sorğulamaq vaxtı gəldi çatdı. 
Biz indi bu prosesi,  bu tarixi dövrümüzü ideallaştırmaqla məşğuluq, lakin Türk milləti tarixin heç bir dövründə XX əsrdəki kimi yenilgiyə uğramamışdı. Türk milləti XX əsrdə mədəniyyətdə yenilmişdi. 
hər zaman Avropalaşmış Yapon möcüzəsini, 1 Pyotr islahatlarını inkişafın tek modeli kimi bizə örnək göstərdilər. Lakin Nikolay Danilevski Pyotrun Avropalaşma islahatlarını Rus ruhuna və mədəniyyətinə zidd proses kimi xarakterizə etdi. Bütün Batı fəlsəfəsi, ədəbiyyatı inkişafın tək yolunun Batılılaşmaqdan keçdiyini yazdılar. Dünyanı buna inandırmağa cəhd etdilər ki, bununla 2 hədəfə ulaşdılar.
1. Batı mədəniyyətinin kürəsəl zəfər çalması
2. Batı mədəniyyətinin yayılması ilə Batı  imperializminin, sömürü sisteminin bütün mədəniyyətlərdə və insanların qəlbində məşrulaştırılması, sonucda Batı mədəniyyətinin və sömürü sisteminin, kürəsəl hakimiyyətinin mövcudluğunun, uzun ömürlülüyünün davam etdirilməsinə nail olunması.

Çox qütblü dünya qurmağın tək yolu-öz milli mədəniyyətinə və dininə sarılmaqdır.
Yalnız öz mədəniyyəti və dini olan dövlətlər, siyasi bloklar uluslararası sistemdə sosio-kültürəl super sistem, qütb, sivilizasiya ola biləcəklər.
XXI əsr çox qütblü dünya quruculuğu əsridir. Çox qütblü dünya quruculuğu- Avropalaşmaqdan imtina etmək, öz mədəniyyətinə və dininə sarılmaqla ayaqda qalmaq tələb edir. 
Dinsiz mədəniyyət yoxdur, mədəniyyətsiz dövlət və uluslararası  siyasət yoxdur. Hər mədəniyyətin öz metafiziki sistemi vardır. Metafiziksiz strateji yoxdur.

Modernləşmə vesternləşmədirmi? İslam ərəbləşməkdirmi? 100 ildir ki, bu suallar ətrafında fırlanıb dururuq.

Çin modeli göstərdi ki, Öz mədəniyyətini itirmədən də, öz keçmişindən, ənənələrindən, əlifbandan vaz keçməməklə də inkişaf etmək olar, Avropalaşmadan da inkişaf etmək olar.
Çin mədəniyyəti kollektivizmə, Batı mədəniyyəti fərdə əsaslanır. 
Kollektivizmə əsaslanan mədəniyyətin yüksəlişi göstərdi ki, Batı mədəniyyəti inkişafın tək modeli deyildir.

Elnar Bulud yazır.

Yaxın şərqdə olduğu kimi uzaq şərqdə də inkişaf haqda hakim təsəvvür bu idi ki, inkişaf üçün mütləq Avropa ilə eyni yolu keçmək lazımdır. Bu haqda yazan avropalılar iddia edirdilər ki, mədəni amillər uzaq şərqi geriyə salır, və onlar inkişaf etmək üçün mədəniyyətlərindən üz çevirməlidirlər.

Məsələn, alman iqtisadçısı və sosioloqu Maks Veber protestant, daha dəqiq desək, kalvinist doktrinlərin Avropanın inkişafında əsas rol oynadığını iddia etdiyi məşhur "protestant etikası" arqumentini irəli sürdükdən sonra 1915-ci ildə “The Religion of China: Confucianism and Taoism” kitabını yazmışdı. Bu kitabda O, Çin və Qərb cəmiyyətlərinin sosial və iqtisadi səviyyəsini müqayisə edir və Konfutsianizm və Taoizm kimi dini dəyərlərinin Çində iqtisadiyyatın inkişafına mane olduğunu yazırdı.

Bundan sonra bir çox tarixçi və iqtisadçı konfutsiçiliyi Çinin inkişafına maneə kimi qiymətləndirdi. Bəziləri bunun Weber kimi Konfutsiçiliyin iş etikası ilə əlaqəli olduğunu söyləyirdilər. Məsələn, 1950-1960-cı illərdə tarixçilər və sosial elm adamları konfutsiçiliyi cəmiyyətin geridə qalmış və feodal quruluşda qalmasını dəstəkləyən statik bir ideologiya kimi tənqid edirdilər. Harvard Universitetindən John Feyrbank konfutsiçiliyi ölkənin tərəqqisinə əsas maneə kimi qiymətləndirmişdi. Fairbank, XIX əsrdə Çində sosial və iqtisadi dinamizmin olmamasını mədəniyyət məsələsi kimi müzakirə etməyə çalışırdı. O, alimləri Konfutsiçi baxışla Çini mərkəzi, üstün və özünü təmin edən bir güc olaraq görürdükləri üçün Çinin geri qaldığını iddia edirdi.

Bu haqda yazan-pozan elm adamları düşünürdülər ki, inkişaf etmək üçün bütün ölkələr Avropa ilə eyni yolla getməlidir. Əks halda inkişaf mümkünsüzdür.

20-ci əsrin sonunda Şərqi Asiyanın sürətli iqtisadi inkişafı və sənayeləşməsi, eləcə də biznes müəssisələrinin beynəlxalq bazarda rəqabət qabiliyyəti Qərb alimlərini şoka saldı. Şərqi Asiya ölkələri Konfutsiçilikdən təsirlənən bəzi ümumi mədəni xüsusiyyətlərə malik olduğundan, bir çox Qərb alimləri bu iqtisadi inkişafın arxasında duran mədəni amilləri, həmçinin konfutsiçilik, müasir kapitalizm, işgüzar fəaliyyət və inkişaf arasındakı əlaqələri öyrənməyə başladılar. Bu zaman bəziləri Konfutsiçiliyin Şərqi Asiyanın sürətli iqtisadi inkişafının hərəkətverici qüvvəsi olduğunu iddia etməyə başladılar. Onlar Veberin protestant etikası arqumentini paralelləşdirməyə çalışırdılar ki, konfutsianizm bu inkişafa kalvinist doktrinlərin Avropadakı inkişafa təsiri kimi təsir göstərib.

Onlar bunun üçün konfutsianizmdəki "xiao 孝", "Zhong 忠", Da xue (学而厒) kimi bəzi anlayışlara istinad edir, idearəetmə və iş görmə, öyrənmə proesesinə bu anlayışların təsirindən danışırlar. Bəzi alimlər qeyd edirlər ki, Konfutsiçiliyin Çin xalqının hakimiyyəti qəbul etməsini asanlaşdırmaq funksiyası hakimiyyətin qanuniləşdirilməsinə və müasir Çin biznes müəssisələrində güc münasibətlərinin əsaslandırılmasına töhfə verib. Digərləri qeyd edirlər ki, konfutsiçilikdən ilhamlanan müəyyən dəyərlər mərkəzləşdirilmiş dövlət bürokratiyasının nüfuzunu dəstəkləyir və bürokratik elitanın rəhbərliyinin qəbulunu asanlaşdırır. Son nəzəriyyələrə görə bu mədəni amillər 20-ci əsrin sonunda onların iqtisadi inkişafında müsbət təsir göstərmişdir, son illərdə Çinin super gücə çevrilmək yolunda irələməsi ilə bu haqda aparılan araşdırmaların sayı artmaqdadır.

Bu, onu göstərir ki, mədəni amillərin təsiri bir çox hallarda retrospektivdir, yəni prosesləri geriyə doğru oxumaqla aydın olur. Qeyd etdiyim kimi, 50 il əvvəl konfutsianizmin Çini geriyə saldığı iddia edilirdisə, bu gün artıq əksinə, akademiyada Çinin inkişafına təkan verdiyi fikri hakimdir.

Digər tərəfdən, Çin nümunəsindən də göründüyü kimi mədəni, hətta siyasi olaraq da (avtoritarizm) Avropa ilə tamamilə əks yolları keçərək inkişaf etmək mümkündür.

PS
Bu yazı normativ müəyyən etmək məqsədi daşımır. Yazıda avtoritarizmlə də inkişaf etməyin mümkünlüyü avtoritarizmə haqq qazandırmaq yox, inkişafın sadəcə qərb modeli ilə olacağı fikrinə cavab olaraq yazılıb. Digər tərəfdən, nümunədən də görünən odur ki, (hətta o zamankı nəzəriyyələr əksini göstərsə belə) öz mədəniyyətini itirmədən, Avropalaşmadan da inkişaf etmək olar.

BRİCS ZİRVESİNDE PUTİN VE ERDOĞAN BULUŞMASI

PENTAGON'DA BELGE KRİZİ...

BRICS'İN DÜNYA EKONOMİSİNDEKİ PAYI G7'Yİ GEÇTİ

HAMAS'IN YENİ LİDERİ HALİD MEŞAL

İSRAİL SOYKIRIMA ARALIKSIZ DEVAM EDİYOR

NOBEL EKONOMİ ÖDÜLÜ DARON ACEMOĞLU'NA VERİLDİ

İSRAİL MEDYASI HİZBULLAH'IN YENİ LİDERİNİN VURULDUĞUNU AÇIKLADI

GAZZE'DE CAN KAYBI ARTARAK DEVAM EDİYOR

FİLİSTİN DEVLETİNİN TANINMASI ÖNEMLİ....

“Gönül Elçileri” projesi dünya sahnesine çıktı

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 9 8 0 1 19 25
2.Beşiktaş 8 6 0 2 12 20
3.Samsunspor 9 6 2 1 7 19
4.Fenerbahçe 8 5 1 2 11 17
5.Eyüpspor 9 4 2 3 4 15
6.İstanbul Başakşehir 8 4 2 2 4 14
7.Göztepe 8 3 2 3 4 12
8.Trabzonspor 8 2 0 6 2 12
9.Kasımpaşa 9 2 2 5 -1 11
10.Sivasspor 9 3 4 2 -2 11
11.Konyaspor 9 3 4 2 -3 11
12.Bodrum FK 9 3 5 1 -3 10
13.Rizespor 9 3 5 1 -10 10
14.Alanyaspor 9 2 4 3 -4 9
15.Antalyaspor 9 2 5 2 -9 8
16.Gazişehir Gaziantep 8 1 4 3 -4 6
17.Kayserispor 8 0 3 5 -7 5
18.Hatayspor 8 0 5 3 -7 3
19.Adana Demirspor 8 0 7 1 -13 1

YAZARLAR