Eluca ATALI


İslam İnqilabının Acı Taleyi


İslam inqilabının acı taleyi
Quzey Azərbaycanlı yazar Eluca Atalının son romanı “İran hizbullah zindanında” adlanır, əsər dörd kitabdan ibarətdir:
Birinci kitab “İnqilabın travması”
İkinci kitab: “Üç vəd, üç tələb”
Üçüncü kitab: “Qanlı orkestr”
Dördüncü kitab: “Həyatı tabutda axtaranlar” Roman İran islam inqilabı ideyasının Amerikadan gəlməsi və inqilab müəllifi kimi bəşərə tanıdılan imam Ayətullah Xomeyninin əslində Ağ Evin əmrlərinin icraçısı olduğu sübut olunur. İmamın kütləni idarə etməkdən ötrü inqilabdan dərhal sonra ictimai yerlərdə – bazar, xiyaban, universitet, məktəb və hətta doğum evlərinin qarşısında eadam ağaclarının qurulmasına verdiyi fitva adamları qorxu ilə tərbiyə edib, qorxu hökmü altında onun əmrinə tabe olması məqsədini güdür. Əsərin qəhrəmanı on yaşlı Fatma Kərimi İnqilabın ilk ilində bir səhər sübh tezdən oyanıb evlərinin qarşısındakı dar cığırdan adamların şəhər meydanına qaçdıqlarının şahidi olduqda marağa düşüb onların arxasınca gedir. Gördüyü səhnədən ömründə ilk travmanı alır: meydanda hamının gözü qarşısında inqilab keşikçiləri bir insanı dar ağacından asırlar. İlk əvvəl bunun bir ciyabaz oyunu olduğunu zənn edən uşaq, düşünür ki, camaat bu meydana maraqlı tamaşanı izləyib şənlənmək üçün yığılıb, lakin hadisənin mahiyyətinə varanda sarsılır. Beləliklə də, bu sarsıntıdan o dəhşətli zərbə alır. Ona Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” kitabını oxumağı məsləhət görmüş müəllimi, şair Əlirza Şükrü Əfşar və öz şəxsi kitabxanasını ictimai kitabxanaya çevirmiş Bəhram Əfşarı edam edilirlər və kitabxananın kitabları meydana tökülüb yandırılır. Qızcığaz atası ilə zoomağazaya gedib qara balıqlar alaraq müəlliminin xatirəsini yaşatmaqdan ötrü onları bəsləməyə başlayır. Əsərin üçüncü kitabı olan “Qanlı orkestr” də Fatmanın Urmiyədəki dörd yüz səksən nəfərlik qadın zindanında məşəqqətli zindan həyatı, işgəncələr, kütləvi edamlar baş verən bir məkan təsvir edilir. Bu hissədə milli və azad düşüncəsinə, həmçinin şərlənib zindana atılmış yüzlərlə insanın taleyi sərgilənir. Zindanda həftənin çərşənbə və bazar günləri xüsusi kütlvi edam günləridir, səhər sübh azanından dərhal sonra axşam edam ediləcək məhbusların adları xahəri zeynəb əsgəri tərəfindən oxunur, günorta azanından sonra qız uşaqlarını aparıb siğı edib bakirəliklərini alırlar, çünki dini inanca görə, qız kimi ölənlər cənnətə düşürlər, imam Xomeyni məhbuslara cənnəti peşkeş edə bilmərik deyir. Axşam azanından sonra edam olunacaq bütün məhbusları zindan yaxınlığındakı təpənin üzərinə yığıb güllələyirlər. Bir gündə bəzən dörd yüzdən artıq adam edam edilir, doxsan doqquz faizi məhkəməsiz öldürülür. Ayətullah Məkarim Şirazi imama məsləhət görmüşdü ki, məhkəmələrə əziyyət verilməsin, onun, yəni Ayətullah Xomeyninin “bütün kafir və mürtədlərə ölüm” fitvası yetər ki, inqilab düşmənlərini yer üzündən təmizləsinlər.
Min doqquz yüz səksən səkkizinci ilin üç ay yayında imam Xomeyninin kütləvi qətllərə fərman verdiyi dövr əsərdə geniş miqyasda vüsət alır, beləkilə də on iki mindən artıq insanın edamı bu hissədə bədii təsvir vasitələri və hekayətlərlə nəql edilir.
“Üç vəd, üç tələb” kitabında müəllif inqilab ideyası, Amerikanın İranda islam inqilabı üçün fanatik axtarışı, imam Xomeynin ideyalarını oğurladığı Əli Şəriəti obrazı “İmamın qorxduğu ölü” hissəsində geniş şəkildə şərh edilir, eyni zamanda ayətullahın Bakı planı və Bakıdakı Azadlıq meydanında Leninlə qarşılaşıb, kommunist-fanatik dialoqunda onların Quzey Azərbaycanda özlərinə yer etmələri uğrunda savaşları gedir.

“Həyatı tabutda axtaranlar” kitabında əks-inqilabı fikirlər hekayət formasında verilmiş, eyni zamanda birdən-birə oxucunu xx əsrdən quldarlıq dövrünə aparan müəllif, günəşi tək istilik mənbəyi yox, həm də dərk etmədə əsas amil kimi qabartmışdır. Bu kitabda əsərin qəhrəmanı Fatmanın edam səhnəsi, atasına zindandan zəng edib “Gözün aydın, qızın günahını öz qanı ilə yudu!” deməklə, dünyası dağılmış Allahkərim kişinin simasında edam olunmuş bütün qız uşaqlarının valideyinlərinin çəkdiyi iztirabı görmək mümkündür. Atanın qarşısına tələb qoyulur ki, beş min manatlıq şirni alıb gözaydınlığı kimi zindan işçilərinə paylamalıdır, çünki qızı zindanda bir saatlıq siğə olunmuşdur. Qızının cəsədini istəyən ata isə zindan rəisi tərəfindən ələ salınıb, təhqir olunur. Kafirlərin normal insanlar kimi dəfn olunmaq haqları olmadığından gecə qaranlıqda gizlincə adsızlar məzarlığında – xavəri miyanədə kəfənsiz quyulandıqları inqilabın qeyri-insanı əməllərindən biri idi. İmam Xomeyninin əmri ilə qız valideyinlərinə çatacaq edam olunmuş qızın mehriyyəsi ( süd pulu, başlıq) təqdim edilir. Nəticədə imanlı Allahkərim kişi zindandan evə dönüb evin kəndarında oturur, günorta azanı səsləndirilir, lakin ilk dəfə olaraq, o ibadətə can atmır, rejim tək onun qızını yox, inamını da oğurladığı məlum olur. O, azan sədası altında qara balıqların akvarimunu sinəsinə basıb, böyük dəryaya üz tutur.

Eluca Atalının “İran hizbullah zindanında” romanı ilk dəfə olaraq sistemli şəkildə bədii təsvir vasitələri ilə xomeynizmin mahiyyətini açır.  Azərbaycanda və dünyada baş verən hadisələrin peşəkarcasına dəqiq təhlilini LAF TV-dən izləyin!  

https://www.youtube.com/live/qXHUMsXIQGc?feature=share

Donald Trump, Kasım Seçimlerinde Aday

Trump'a suikast girişimi

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ YAZDI: "5 TEMMUZ 2009 URUMÇİ KATLİAMI"

Gazetecilerin Diaspora Faaliyetlerine Destek Kamu Birliği Başkanı Fuad HÜSEYİNZADE Yazdı: "Azerbaycan Gerçekleri"

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ, "ŞUŞA BEYANNAMESİ TÜRKİYE-AZERBAYCAN İLİŞKİLERİNİ ÜST SEVİYEYE ÇIKARTMIŞTIR"

Resul DAĞSARAY SDE İçin Yazdı: "İran'da Cumhurbaşkanlığı Seçimi; Güç Oyunlarında Yeni Bir Cephenin Defakto Olarak Tanımlanma Sahnesi"

Gazeteci Yazar Mesut Haray Yazdı: "Güney Azerbaycan Milli Hareketi: Özgürlük, Adalet ve Ulusal Devlet Hedefiyle Mücadeleye Devam"

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ İSRAİL'İN OLASI LÜBNAN SALDIRISI HAKKINDA ÖNEMLİ DEĞERLENDİRMELERDE BULUNDU

ULUSLARARASI İLİŞKİLER UZMANI VE SİYASET BİLİMCİ İSMAİL CİNGÖZ "ŞUŞA BEYANNAMESİ KÜRESEL ÖLÇEKLİ BİR ANLAŞMADIR"

Danimarka Başbakanı Mette Frederiksen, Kopenhag'da Saldırıya Uğradı

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 38 33 2 3 66 102
2.Fenerbahçe 38 31 1 6 68 99
3.Trabzonspor 38 21 13 4 19 67
4.İstanbul Başakşehir 38 18 13 7 14 61
5.Kasımpaşa 38 16 14 8 -3 56
6.Beşiktaş 38 16 14 8 5 56
7.Sivasspor 38 14 12 12 -7 54
8.Alanyaspor 38 12 10 16 3 52
9.Rizespor 38 14 16 8 -10 50
10.Antalyaspor 38 12 13 13 -5 49
11.Gazişehir Gaziantep 38 12 18 8 -7 44
12.Adana Demirspor 38 10 14 14 -7 44
13.Samsunspor 38 11 17 10 -10 43
14.Kayserispor 38 11 15 12 -13 42
15.Hatayspor 38 9 15 14 -7 41
16.Konyaspor 38 9 15 14 -13 41
17.Ankaragücü 38 8 14 16 -6 40
18.Fatih Karagümrük 38 10 18 10 -3 40
19.Pendikspor 38 9 19 10 -31 37
20.İstanbulspor 38 4 27 7 -53 16

YAZARLAR